Məşhur “Möhtəşəm yüz il” serialından Hürrəm Sultan obrazı ilə tanınan Almaniyada doğulan aktrisa Məryəm Uzerli ikinci dəfə ana olacaq.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktrisa artıq hamiləliyinin 5-ci ayındadır. Məryəm bildirib ki, körpə yanvarda dünyaya gələcək:
“Lara 7 yaşındadır. Uzun müddət idi bacı, qardaş istəyirdi. Qızım olacaq. Öz ailəmizi qururuq”.